Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında yeni rekord müəyyənləşdirib

Azərbaycanın veteran ağırlıqqaldıranları Albaniyanın Dürres şəhərində keçirilən Avropa çempionatında 2 qızıl və 2 gümüş medal qazanıblar.

Komanda.az xəbər verir ki, yığmanın heyətində Zülfüqar Süleymanov (M40, 67 kq) və Vaqif Müsadiq (M70, 81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Zülfüqar Süleymanov həmçinin, ustalar arasında yeni rekord da müəyyənləşdirib. O, təkanla qaldırmada 137 kq çəkini ram etməklə əvvəlki rekordu yeniləyib.

Digər ağırlıqqaldıranlar Natiq Həsənov (M45, 96 kq) və Eldar Məmmədov (M45, 109 kq) isə gümüş medala sahib olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button