“Azərbaycanla oyunda qalib gəlmək istəyirik”
Futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, bu gün qarşıdakı oyunlar üçün heyəti açıqlayan mütəxəssis yerli jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Qarşıda bizi Azərbaycanla səfər oyunu gözləyir. Bu matçda qalib gəlmək istəyirik. Qətərlə yoldaşlıq matçımız da var. Hazırda tamamilə bu iki qarşılaşmaya fokuslanmışıq”.
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlayacaq. Oktyabrın 12-də isə rəqib komanda Dublində Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin