“Azərbaycanla oyunda dönüş etmək istəyirəm”
“AÇ-2024-ün seçmə mərhələsinin Azərbaycanla ilk oyununda heyətdə yer alaraq, dönüş etmək istəyirəm”.
Komanda.az xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Patrik Vimmer deyib.
22 yaşlı hücumameyilli futbolçu Avstriya millisinin baş məşqçisi haqda da danışıb:
“Ralf Ranqnik kimi çox yaxşı baş məşqçimiz var. O, futbolçu heyətinin imkanları ilə uğurlu iş görə bilər. Məncə, bu komanda qrupda istədiyi nəticəni qazanacaq gücdədir. Mən də yığma ilə davam etmək arzusundayam. Ümid edirəm ki, martdakı matçlarda heyətdə yer alacam”.
Vimmer Avstriya yığmasında yeganə oyununu 2022-ci ilin iyununda Danimarka ilə matçda keçirib.
AÇ-2024-ün seçmə mərhələsinin ilk turunda Avstriya ilə Azərbaycan milliləri martın 24-də, Linz şəhərində qarşılaşacaq.
Bizi Facebook-da izləyin