
Qazaxıstan millisi Bakıya itki ilə gəlir
Qazaxıstan millisi Azərbaycanla oyuna itki ilə çıxacaq.
Komanda.az xəbər verir ki, C Liqasının 3-cü qrupundakı rəqibimiz Asxat Taqiberqenin xidmətindən məhrum olub.
Qrupda 1-ci yeri təmin edən Qazaxıstan yığması iki gündən sonra 32 yaşlı yarımmüdafiəçinin xidmətindən yararlana bilməyəcək.
“Tobol”un futbolçusu cəza səbəbindən Bakıda oynamayacaq. Komandasının kapitanı 5-ci turun Belarusla dünənki görüşündə qırmızı vərəqə alıb.
Qazaxıstan 2:1 hesablı qələbə ilə qrup qalibi adını təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin