“Azərbaycanla oyun daha çətin olacaq”

Futbol üzrə Macarıstan yığmasının yarımmüdafiəçisi Mate Patkay AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Bakıda Azərbaycan millisinə qarşı keçiricəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, “Mol Vidi” klubunun 31 yaşlı futbolçusu federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu hazırlıq bizim üçün çox vacibdi. Çünki qarşıdakı 2 oyun arasında cəmi bir məşqimiz olacaq. Ona görə də ötən həftədən təkcə Azərbaycan yox, həm də Uelslə matça hazırlaşırıq. Hər iki komandaya qarşı ciddi hazırlaşmalıyıq. Uels yüksək səviyyəli komandadı. Amma Azərbaycanla oyun daha çətin olacaq. Çünki yaxşı rəqibə qarşı oynayacağıq. Təzyiq altında olacağıq və bu, bizə mənfi təsir göstərə bilər”.

İyunun 8-də 8-ci km stadionunda keçiriləcək Macarıstan – Azərbaycan oyununa Bakı vaxtı ilə 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button