Pərviz Abdullayevdən 50-ci qələbə
Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
Komanda.az xəbər verir ki, o, Türkiyənin İstanbul şəhərində təşkil olunan “Akın döyüş arenası”nın iştirakçısı olub. Abdullayev braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə qarşılaşıb. 77 kq çəki dərəcəsində mübarizə aparan Pərviz bu döyüşdən qələbə ilə ayrılıb.
“Qəbələ”nin idmançısı “Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutan qarşılaşmada cənubi amerikalı rəqibini məğlubiyyətə uğradıb. Bu, peşəkar səviyyədə 56-cı döyüşünü keçirən Abdullayevin 50-ci qələbəsi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin