“Qəbələ”nin 2 idmançısı Tokio-2020-yə lisenziya qazandı
Azərbaycanın və “Qəbələ” İdman Klubunun iki cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Komanda.az xəbər verir ki, bunlar Kəramət Hüseynovla (60 kq) Uşanqi Kokauridir (+100 kq). Onlar Beynəlxalq Cüdo Federasiyasının (İJF) açıqladığı Olimpiada iştirakçılarının siyahısında yer alıb.
Kəramət İJF-nın Olimpiya reytinqində 3080 xalla 19-cu yerlə Olimpiadada iştirak hüququna yiyələnib. 3208 xala malik Uşanqi isə 18-ci yerlə bu vəsiqəyə sahib çıxıb.
Tokiodakı yarış Hüseynovun ilk Olimpiadası olacaq. Rio-2016-nın iştirakçısı olan Kokauri isə ikinci dəfə bu yarışa qatılacaq.
Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin