
Azərbaycanın U-23 millisinin baş məşqçisi məlum olub
Azərbaycanın minifutbol üzrə U-23 millisinin baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yığma komanda Rəcəb Fərəczadəyə tapşırılıb.
Mütəxəsis oktyabrın 7-10-u aralığında Xorvatiyada keçiriləcək dünya çempionatında komandaya rəhbərlik edəcək.
Fərəczadənin köməkçiləri Tural Nərimanov və Natiq Kərimi təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin