Azərbaycanın U-21 yığması Premyer Liqa klubu ilə qarşılaşacaq

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sınaq matçında rəqib Premyer Liqada çıxış edən “Şamaxı” olacaq.

Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Bundan əlavə, U-21-in hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub. “Səbail” klubunun üzvü Samir Abdullayev düşərgəyə qoşulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button