
Azərbaycanın U-17 və U-19 millilərinin rəqibləri məlum oldu
Azərbaycanın futbol üzrə U-17 və U-19 millilərinin Avropa çempionatının 2024/2025 mövsümü üzrə birinci mərhələsindəki rəqibləri məlum olub.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
U-17 Macarıstan, Yunanıstan və Rumıniya ilə 6-cı qrupda mübarizə aparacaq. Turnirin final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Albaniyada keçiriləcək.
U-19 İrlandiya, İslandiya və Moldova ilə 7-ci qrupda mübarizə aparacaq. Final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Rumıniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin