Tokio-2020: Azərbaycan güləşçisi 1/4 finalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Komanda.az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ukrayna təmsilçisi Vasil Mixaylovla üz-üzə gəlib. Rəqibinə 4:2 hesabıyla qalib gələn Bayramov 1/4 finala vəsiqə qazanıb.

Turan Bayramov 1/4 finalda İtaliya idmançısı Frank Çamizo ilə qarşılaşıb. Azərbaycan təmsilçisi bu görüşdən məğlub ayrılıb.

Çamizo finala çıxacağı təqdirdə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button