
Tokio-2020: Şərif Şərifov məğlub oldu
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Rusiya təmsilçisi Abdulrəşid Sadullayevlə üz-üzə gəlib. Görüş Şərifovun 0:5 hesablı məğlubiyyəti ilə başa çatıb.
Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin