Avropa Oyunları: Azərbaycanlı idmançı erməniyə qalib gəldi

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Minskdə keçirilən 2-ci Avropa Oyunlarına qələbə ilə başlayıb.

Komanda.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyanı məğlub edib – 6:0.

Daha bir sərbəst güləşçi Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu məğlub etsə, fəxri kürsüyə yüksələcək.

86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi məlum olub. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq.

125 kq çəkidəki Cəmaləddin Məhəmmədov bürünc medal qarşılaşmasında təsəlliverici görüşünü qalib kimi başa vuran rumıniyalı Rares Kintoanla üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button