Tokio-2020: Azərbaycanlı üzgüçü 30-cu oldu
Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, Məryəm təsnifat mərhələsində 100 metr məsafəyə batterflayda 1 dəqiqə 1,37 saniyəlik nəticə ilə 30-cu olub. Ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah mübarizəni dayandırıb.
Bundan əvvəl cüdoçular Kəramət Hüseynov, Aişə Qurbanlı, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada Ruslan Lunyov, boksçu Tayfur Əliyev və üzgüçü Maksim Şemberev Tokio-2020-də mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin