Azərbaycanın qadın güləşçilərindən uğursuz start
Azərbaycanın qadın güləşçiləri Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə start veriblər.
Komanda.az xəbər verir ki, Şəhanə Nəzərova (50 kq) ilk görüşdə Yunq Linə (Çin Taypeyi), Elnurə Məmmədova (55 kq) isə Eda Tekinə (Türkiyə) məğlub olub.
Azərbaycan təmsilçilərinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici görüşlərə qatılacaqlar.
Yarışın növbəti günündə isə Tatyana Varansova (53 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) qüvvəsini sınayacaq.
Bu gün iki yunan-Roma güləşçisi dünya çempionatında mübarizə aparacaq. Həsrət Cəfərov (67 kq) finalda İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə üz-üzə gələcək. Ülvi Qənizadə (72 kq) isə bürünc medal uğrunda Rezayinin həmyerlisi Amir Abdi ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin