Azərbaycanın paragüllə atıcısı Serbiyada “gümüş” qazanıb

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində təşkil edilən Dünya Reytinq Turnirində gümüş medal qazanıb.

Komanda.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz 10 metr məsafəyə güllə atma yarışında 561 xal toplayıb.

Zeynalov ötən il Peruda keçirilən dünya çempionatında Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button