
Tokio-2020: İlham Zəkiyev “bürünc” uğrunda güləşəcək
Azərbaycanın paracüdoçusu İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmaq şansını itirib.
Komanda.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu 1/4 finalda Cənubi Koreya təmsilçisi Van-Gen Çoiyə uduzub.
Əvvəlki raundda Cek Hocsona (Böyük Britaniya) qalib gələn Zəkiyev təsəlliverici görüşdə yamaykalı Teador Subba ilə üz-üzə gəlib və qələbə qazanıb.
Zəkiyev bürünc medal uğrunda qarşılaşmaya çıxacaq. Onun rəqibi özbəkistanlı Şirin Şaripov olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin