Tokio-2020: Səfərova mübarizəni dayandırdı, Abbaslı “bürünc” uğrunda güləşəcək
Azərbaycanın paracüdoçusu Bəsti Səfərova (-52kq) Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəni dayandırıb.
Komanda.az xəbər verir ki, -52 kq çəki dərəcəsində yarışan Səfərova təsəlliverici görüşdə ukraynalı rəqibi Nataliya Nikolayçuka məğlub olaraq mübarizəni dayandırıb.
Kişilər arasında -66 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçu Namiq Abaslı isə ikinci təsəlliverici görüşdə rusiyalı rəqibi Rudenkoya qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin