Azərbaycan millisinin yoldaşlıq turniri üçün heyəti açıqlanıb
İyunun 3-dən 11-dək Moldovanın Tiraspol şəhərində yoldaşlıq turnirində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seleksiya xarakterli oyunlardan sonra U-19-a cəlb olunan futbolçular mayın 27-dən iyunun 2-dək Bakıda təlim-məşq toplanışı keçəcəklər.
Moldovada baş tutacaq turnirdə komandamızın rəqibləri Qazaxıstan, Türkiyə və meydan sahibləri olacaq. U-19 Qazaxıstan və Moldovadan olan həmyaşıdları ilə Tiraspolun “Şerif” stadionunda, Türkiyənin U-20 komandası ilə Benderin “Dinamo” stadionunda qarşılaşacaq.
S | AD/SOYAD | KLUB |
1 | Sadiq Məmmədzadə | Səbail |
2 | Nicat Qaragözlü | Neftçi |
3 | Murad Ağamalıyev | Sumqayıt |
4 | Hüseyn Hüseynov | Turan Tovuz |
5 | Nihad Əliyev | Qarabağ |
6 | Kənan Feyziyev | Sumqayıt |
7 | Rəvan Qaraəhmədov | Zirə |
8 | Nadir Orucov | Sumqayıt |
9 | Vüsal Paşayev | Sumqayıt |
10 | Surxay Nəbiyev | Neftçi |
11 | Emil Bünyadzadə | Qarabağ |
12 | Elgün Dünyamalıyev | Sabah |
13 | İlkin Cəfərli | Sabah |
14 | İlkin Budaqov | Qəbələ |
15 | Qədir Ramazanov | Qəbələ |
16 | Şahin İbrahimov | Sabah |
17 | Sənan Muradlı | Sumqayıt |
18 | Əşrəf Ələkbərli | Qarabağ |
19 | Murad Məmmədov | Neftçi |
20 | Elton Mikayılov | Qarabağ |
21 | Raul Zeynallı | Səbail |
22 | Nihad Əhmədzadə | Sumqayıt |
23 | Niyazi Osmanov | Sabah |
24 | Toğrul Tapdıqlı | Sumqayıt |
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin