Azərbaycan millisinin Universiada üçün heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək 31-ci Ümumdünya Yay Universiadası üçün heyəti açıqlanıb.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, baş məşqçi Fərid Cəlalov yığmaya 12 oyunçu dəvət edib.

Hücumçular: Yusif Bunyatov, Aqil Ağazadə, Ruslan Əliyev, Cavid Əzimov, Sənan Dünyamalıyev
Blokçular: Əli Rüstəmov, Fərda Dəryayev, Yeqor Nikulenko, Ramazan Ağabəyov
Oyunqurucu: Roman Qurski
Liberolar: Rəşad Əliyev, Fərhat Cenkel
Baş məşqçi: Fərid Cəlalov

Universiada 28 iyul-8 avqustda təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button