
Azərbaycan millisi Ermənistanı məğlub edib
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk matçına çıxıb.
Komanda.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığma Ermənistan komandası ilə üz-üzə gəlib.
Cəbəllütariqdə keçirilən qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə bitib – 86:59.
U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr komandalarına qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin