Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək

Boks üzrə Azərbaycan milli komandası Qazaxıstanın paytaxtı Astanada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq.

Komanda.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün start götürəcək “Elorda Cup”da yığmamızın 6 idmançısı gücünü yoxlayacaq.

Məşqçilər korpusu yarışda Nicat Hüseynov (54 kq), Kamil Babayev (57 kq), Ramazan Abdullayev (63,5 kq), Rasim Çobanlı (75 kq), Murad Allahverdiyev (86 kq) və Məhəmməd Abdullayevi (+92 kq) sınayacaq.

“Elorda Cup”da İlqar Qasımzadə hakim qismində yer alacaq.

Turnirə Azərbaycan və Qazaxıstanla yanaşı, Mərakeş, Çin, Yaponiya, Hindistan, Koreya, İran, Monqolustan, Özbəkistan, Tacikistan və Qırğızıstan yığmaları qatılıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button