Azərbaycanın Kolumbiyadakı diplomatı 1-ci Liqa klubunun rəhbərliyinə gətirildi
1-ci Liqada çıxış edən “Difai” klubunun rəhbərliyində yeni sima təmsil olunmağa başlayıb.
Komanda.az xəbər verir ki, Azərbaycanın Kolumbiyadakı səlahiyyətli diplomatik nümayəndəsi Namik Ramazanov klubun idarə heyətinə üzv seçilib.
Hazırda Bakıda olan diplomat funksionerlər və komanda üzvləri ilə görüş keçirib.
O, futbolla yaxından maraqlandığını, bu idman növündə baş verənləri daim diqqət mərkəzində saxladığını bildirib.
Ramazanov 1905-ci ildə yaradılan “Difai” təşkilatının adını futbol sektorunda yaşadan klubla münasibətlərinin yaranmasından məmnunluq hissi keçirdiyini söyləyib.
Ramazanov üç il əvvəl fəailiyyətə başlayan “Difai”nin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin