Tokio-2020: Şərifov, Əliyev və Stadnikin ilk rəqibləri bilindi

Azərbaycanın kişi güləşçiləri Şərif Şərifov, Hacı Əliyev və qadın güləşçi Mariya Stadnik sabah Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaqlar.

Komanda.az xəbər verir ki, hər üç idmançının ilk rəqibi artıq məlumdur.

97 kq çəki dərəcəsində çıxış edən Şərif Şərifov ilk görüşdə rusiyalı Abdulrəşid Sadullayevlə qarşılaşacaq.

Qadın güləşində 50 kq çəkidə mübarizə aparacaq Mariya Stadnik rusiyalı Stalvira Orşuşla 1/8 finalda üz-üzə gələcək.

Sərbəst güləşdə 65 kq-da yarışacaq Hacı Əliyevin ilk rəqibi seneqallı Adama Diatta olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button