
Azərbaycanın kata üzrə komandalarının yeni baş məşqçisi məlum olub
Azərbaycan Karate Federasiyasının (AKF) kata üzrə 14-17 yaşlı idmançılardan ibarət yığma komandalarının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az AKF-yə istinadən xəbər verir ki, Vüqar Kərimov baş məşqçi vəzifəsinə təyin edilib.
Anar Əhmədov isə Kərimovun köməkçisi – böyük məşqçi vəzifəsini icra edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin