Azərbaycanın iki muaytayçısı İslamiadanın 1/4 finalında

Azərbaycanın iki muaytayçısı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarının 1/4 final mərhələsinə yüksəlib.

Komanda.az xəbər verir ki, milli üzvləri 1/8 final döyüşlərini qələbə ilə başa vurublar.

60-65 kq çəki dərəcəsində Xəyal Əliyev Hüsnü Fəhmi Sayedi (Misir) nokautla məğlub edib.

65–70 kq çəki dərəcəsində isə Səlahəddin Qocazadə Aiham Ahmed Abdo Alawadhi (Yəmən) üzərində birinci raundda texniki nakautla qələbə qazanaraq 1/4 finala adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button