Azərbaycanın iki güləşçisi üçün AÇ-də bürünc medal şansı
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın üçüncü günündə qızlar mübarizəyə qoşulub.
Bu gün millinin 2 üzvü xalçaya çıxıb.
Esra Məmmədli (49 kq) 1/8 finalda belaruslu Angelina Burkina (5:0), 1/4 finalda isə rusiyalı Anna Zlobina (6:5) üzərində qələbə qazanıb. Məmmədli yarımfinalda türkiyəli Nil Aktaşa minimal fərqlə (3:4) məğlub olub. Esra sabah bürünc medal uğrunda Laura Boqatiç (Xorvatiya) – Alyona Kolubay (Ukrayna) görüşünün qalibiylə güləşəcək.
Fidan Babayeva (57 kq) debütdə serbiyalı Qabriyela Berkeçə heç bir şans tanımayıb – 9:0. Babayeva 1/4 finalda polşalı Maqdalena Siedidən güclü olub – 5:3. Babayeva finalın bir addımlığında gürcüstanlı Miranda Kapanadzeylə bacarmayıb – 0:8. Fidanın sabah üçüncü yer uğrunda qarşılaşmada rəqibi ya xorvatiyalı Lana Peziç, ya da rusiyalı Doljon Tsunquyeva olacaq.
Bizi Facebook-da izləyin