Azərbaycanın iki güləşçisi AÇ-nin finalında

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışına start verilib.

Vasif Bağırov (57 kq) fransalı Rasul Qalburayev (11:0) və macarıstanlı Karoli Barata (tuş) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Yeniyetmələr arasında Avropa və dünya çempionumuz belaruslu Herbert Akapyana da heç bir şans tanımayıb – 10:3. Vasif finalda rusiyalı Lev Pavlovla güləşəcək.

Musa Verdiyev (65 kq) polşalı Dominik Yaquşa 5:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda fransalı Xızır Dasıyevə 3:7 hesabıyla məğlub olub.

Ramik Heybətov (70 kq) polşalı Zəlimxan Mutsukayevlə (3:2) yunanıstanlı Georgios Yakemidisi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda almaniyalı Rostislav Lextə uduzub – 2:3.

Nurudin Maqomedqadjiyev (79 kq) 1/8 finalda türkiyəli Cengizhan Doğana 1:4 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Nurudin sabah təsəlliverici görüşdə litvalı Paulius Leskauskasla qarşılaşacaq.

Xetaq Karsanov (97 kq) slovakiyalı Adam Jaksik (3:0) və moldovalı Konstantin Buzanı (10:0) yolundan kənarlaşdıraraq yarımfinala yüksəlib. Xetaq yarımfinalda gürcüstanlı Ramini Qulitaşvilini də vaxtından əvvəl məyus edib – 11:0. Karsanov sabah finalda rusiyalı Şaxman Nuxayevlə güləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button