Azərbaycanın iki cüdoçusu Bakıdakı yarışı buraxacaq

Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə”dən əvvəl Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Komanda.az Cüdo Federasiyasına istinadən xəbər verir ki, 90 kq çəki dərəcəsindəki Vüqar Talıbov və 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri zədə səbəbindən heyətdən çıxarılıb.

Bu, yığmanın baş həkiminin təqdimatı, performans direktoru və məşqçilər heyətinin qərarı ilə baş tutub. Hər iki idmançının müalicələri davam etdirilir.

Onları Nihad Şıxəlizadə (90 kq) və İbrahimxəlil Ömərov (+100 kq) əvəzləyiblər.

“Böyük Dəbilqə” 4 – 6 noyabrda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button