Azərbaycanın futzal yığması mövqeyini qorudu

Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlindəki mövqeyini qoruyub.

Komanda.az xəbər verir ki, Alesio Da Silvanın yetirmələri 2022-ci ilin dekabrında olduğu kimi, bu dəfə də 14-cü pillədə yer alıb. Yığmanın aktivində 1384 xal var.

Siyahıya 1794 xalla Braziliya liderlik edir. İspaniya (1771) ikinci, Portuqaliya (1751) isə üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button