Ağayev UEFA-nın seminarında iştirak edəcək
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
İsveçrənin Cenevrə şəhərindəki tədbir elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün nəzərdə tutulub.
Seminar sentyabrın 2-4-ü aralığında baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin