
Azərbaycanlı referi Türkiyə millisinin oyununa təyinat alıb
Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyənin Antalya şəhərində keçiriləcək qadınlardan ibarət Türkiyə – Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.
Ədalət təmsilçisinə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.
“Atatürk” Olimpiya Stadionundakı qarşılaşma fevralın 28-də gerçəkləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin