Azərbaycanın dünya çempionu azadlığa buraxılıb
Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova azadlığa buraxılıb.
Komanda.az xəbər verir ki, bu haqda məlumatı Bolqarıstanın BTV nəşri yayıb.
Məlumatda bildirilib ki, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu həbsxanadan çıxıb.
Bir il həbsdə qalan Kostovanın hələ də bunun şokunda olduğu, buna görə də, Asenovqraddakı evini tərk etmədiyi bildirilir. O, əvvəlcə Plovdivdə 8 ay istintaq təcridxanasında, ardınca isə Slivendə 4 ay həbsdə olub.
Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016-2018-ci illərdə dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin