![](https://komanda.az/wp-content/uploads/2025/02/23029380923-780x470.jpg)
Azərbaycanın daha iki taekvondoçusu Türkiyədə çempion oldu
Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) medallar qazanıblar.
Komanda.az xəbər verir ki, oğlanlar arasında çıxış edən yığma üzvləri, Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara sahib çıxıblar.
Dünən gənc qızlar arasında taekvondoçumuz Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin