
Azərbaycanın daha iki idmançısı Olimpiadaya lisenziya əldə etdi
Azərbaycanın daha 2 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Komanda.az xəbər verir ki, Serbiyanın Belqrad şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatının nəticələrinə əsasən təmsilçilərimiz – Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə rəsmi dəvət əsasında Olimpiya Oyunlarına vəsiqə qazanıblar.
Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin