Azərbaycanın daha iki güləşçisi DÇ-nin finalında
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə son 5 çəkidə finalçılar müəyyənləşib.
Turan Daşdəmirov (45 kq) yaponiyalı Kaysey Yamamoto (10:0) və qırğızıstanlı Kadirbek Almanbetova (9:1) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Turan final yolunda iranlı Əhməd Əmiriqasroddaştidən güclü olub – 5:1. Daşdəmirov həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevlə qarşılaşacaq.
Əli Seyidəlili (51 kq) 1/8 finalda rusiyalı İliya Kandalinə 3:8 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Əli təsəlliverici görüşdə gürcüstanlı Koba Karumidzeylə güəşəcək.
Cavad Məmmədov (71 kq) təsnifat mərhələsində finlandiyalı Severi Maenpaepaeyə uduzub – 7:10.
Roman Kərimov (60 kq) hindistanlı Varun Varun (5:2) və ekvadorlu Adrian Velizi (8:1) üstələyərək yarımfinala yüksəlib. Roman finalın bir addımlığında rusiyalı Mingiyan Qoryayevi 9:5 hesabıyla məyus edib. Kərimov həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeylə üz-üzə gələcək.
Mikayıl İsmayılov (92 kq) türkiyəli Alixan Bərəkətə 5:1 hesabıyla qalib gəldikdən sonra 1/4 finalda qırğızıstanlı Nurbolat Sirqabayulunu sonuncu xal prinsipinə əsasən (1:1) yolundan kənarlaşdırıb. Mikayıl yarımfinalda gürcüstanlı Saba Purtseladzeyə 1:3 hesabıyla məğlub olub. İsmayılov sabah bürünc medal görüşünə çıxacaq. Rəqib Sərdarbek Rüstəmov (Özbəkistan) – Əliəkbər Aşgarivaladi (İran) qarşılaşmasında qalib gələn güləşçi olacaq.
Bizi Facebook-da izləyin