Azərbaycanın daha bir parataekvondoçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın daha bir parataekvondoçusu Çxunçxon şəhərində keçirilən Koreya Açıq Beynəlxalq Turnirində finala yüksəlib.

Komanda.az Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində yarışan İmaməddin Xəlilov 1/8 finalda qazaxıstanlı rəqibini yenib.

İdmançı 1/4 finalda və yarımfinalda özbəkistanlı rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button