Azərbaycanın daha bir paraatleti dünya çempionu olub

Azərbaycan paraatleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə ilə dünya çempionu olub.

Milli Paralimpiya Komitəsindən Komanda.az-a verilən məlumata görə, bu, paralimpiyaçımızın ilk dünya çempionluğudur.

İki gün əvvəl paraatletimiz Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazanıb. Dünən isə Səid Nəcəfzadə uzunluğa tullanma üzrə yarışda eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button