
Azərbaycanın daha bir millisi EEVZA-nın çempionatına qatılacaq
Voleybol üzrə oğlanlardan ibarət Azərbaycanın U-18 yığması Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Azərbaycan Voleybol Federasiyasından Komanda.az-a verilən məlumata görə, dekabrın 5-9-u aralığında Gürcüstanda təşkil olunacaq yarışda Gürcüstan, Ukrayna, Estoniya, Polşa, Litva və Latviya milliləri də mübarizə aparacaqlar.
Turnir həm də AVRO-2024-ə seçmə xarakteri daşıyır. Yarışın reqlamentinə əsasən, birinci olan komanda Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.
Azərbaycanın 18 yaşadək voleybolçu qızları da EEVZA-nın çempionatına qatılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin