Azərbaycanın daha bir cüdoçusu Tokio-2020 ilə vidalaşdı

Azərbaycanın daha bir cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Komanda.az xəbər verir ki, 66 kq dərəcəsində Orxan Səfərov 1/16 final mərhələsində Yerlan Serikjanovla (Qazaxıstan) üz-üzə gəlib. Qazaxıstan təmsilçisinə əlavə vaxtda vazari xalı ilə uduzan Səfərov Tokio-2020 ilə vidalaşıb.

Bundan əvvəl Azərbaycanı təmsil edən iki cüdoçu – Kəramət Hüseynov və Aişə Qurbanlı da Tokio-2020 ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button