Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb
Azərbaycanın daha bir cüdoçusu Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatında medal qazanıb.
Komanda.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə mübarizəyə qoşulan 7 nəfərdən biri bürünc mükafata yiyələnib. Bu, Məhərrəm İmamverdiyev (81 kq) olub. O, yarımfinalda məğlub olmasına baxmayaraq, üçüncü yer uğrunda görüşdə rəqibini üstələyib.
Südabə Ağayeva (70 kq), Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), İsmayıl Zamanov (90 kq), Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) isə uğursuzluqla üzləşiblər.
İlk gündə Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Aydan Vəliyeva (52 kq) bürünc medal qazanıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin