Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında qələbə qazanıb

Azərbaycan millisinin daha üç üzvü Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında qələbə qazanıb.

Azərbaycan Boks Federasiyasından Komanda.az-a verilən məlumata görə, Avropa çempionu Nicat Hüseynov ilk görüşündə Françesko Messineo (Almaniya) ilə qarşılaşıb. 51 kq çəkidə mübarizə aparan idmançı inamlı qələbə qazanıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). O, 1/4 finalda ilk mərhələdən azad olan italiyalı Fares Al-Assi ilə döyüşəcək. Görüş noyabrın 16-da olacaq.

Qitə çempionatının finalçısı Ruslan Qədirov (54 kq) də mərhələ adlayıb. O, 1/8 finalda italiyalı Tommaso Skiaccanı 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub edib. Qədirov noyabrın 16-da baş tutacaq 1/4 final döyüşündə Kaya Canla (Türkiyə) qüvvəsini sınayacaq.

60 kq-da Maqsud Xasmetov Berat Çiveleki (Türkiyə) mübarizədən kənarlaşdırıb. Milli üzvü 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qələbə qazanıb. O, noyabrın 14-də 1/8 final çərçivəsində irlandiyalı Kallum Ovenslə münasibətinə aydınlıq gətirəcək.

Yarışın üçüncü günündə Azərbaycan millisinin 6 boksçusu rinqə çıxacaq. Daha əvvəl iki idmançı turnirə qələbə ilə start verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button