
Azərbaycanın daha 2 taekvondoçusu medal qazana bilmədi
Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib.
Komanda.az xəbər verir ki, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində Omonjon Otajonova uduzub.
Qadınların yarışında 46 kq-dakı Minayə Əkbərova eyni raundda Ruka Okamoto (Yaponiya) ilə dueldən məğlub ayrılıb.
Dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin