Azərbaycanın “Böyük Dəbilqə”dən qazancı – 2 medal
Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirini 2 medalla başa vurublar.
Komanda.az xəbər verir ki, yarışın son günündə milli komandanın iki üzvü – Vüqar Talıbov və Camal Qamzatxanov tatami üzərinə çıxıb.
90 kq-da çıxış edən Talıbov startda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Aram Qriqoryana uduzaraq, mübarizəni dayandırıb.
100 kq-dan yuxarı çəkidə yer alan Camal Qamzatxanov isə ilk görüşündə gürcüstanlı İrakli Demetraşvilini üstələsə də, 1/4 finalda kubalı Eddi Qrande ilə bacarmayıb. Amma rəqib finala çıxdığından, Azərbaycan cüdoçusu təsəlliverici qarşılaşmalara qatılmaq hüququ qazanıb. Özbəkistanlı Şohruxon Baxtiyorova məğlub olan Qamzatxanov yekunda 7-ci yeri tutub.
Azərbaycan yığmasına medalları kişilərdən Turan Bayramov (60 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) qazandırıblar. Onlar müvafiq olaraq fəxri kürsünün 1-ci və 3-cü pilləsinə qalxıblar.
Bizi Facebook-da izləyin