
Tokio-2020: Azərbaycan komandası finala vəsiqə qazana bilmədi
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Komanda.az xəbər verir ki, tərkibi Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət olan komanda 3 halqa və 2 cüt gürzlə də bacarığını nümayiş etdirib. Hakimlər onların çıxışını 37,650 balla qiymətləndiriblər.
Hakimlər daha əvvəl Azərbaycan komandasının 5 topla çıxışını 36,700 balla qiymətləndirmişdilər.
Beləliklə, Azərbaycan komandası iki hərəkətin cəmində 74,350 xalla 14 ölkə arasında 10-cu yeri tutub və finala yüksələ bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin