Azərbaycanın bədii gimnastika komandası Fransadakı yarışda finala yüksəlib
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq qran-pridə finala yüksəliblər.
Komanda.az xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət milli həlledici raunda vəsiqə qazanıb.
Onlar 5 halqa, eləcə də 3 lent və 2 topla hərəkətlərin icrasında fərqləniblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin