Azərbaycanın 9 cüdoçusu qran-pridə mübarizə aparacaq
Bu gün Azərbaycan cüdoçuları Portuqaliyanın Odivelaş şəhərində keçirilən qran-pridə mübarizəyə başlayacaqlar.
Komanda.az xəbər verir ki, ilk yarış günündə 9 idmançı tatamiyə çıxacaq.
Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), qadınlardan Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) qüvvəsini sınayacaq.
Qadınlar
48 kq
Könül Əliyeva – Ka Li Vonq (Çin)
52 kq
Aydan Vəliyeva – Naomi Van Krevel (Niderland)
Gültac Məmmədəliyeva – Lea Metrot (Fransa)
57 kq.
Fidan Əlizadə – Veronika Peres Paçeko (İspaniya)
Açeliya Toprak – Maysa Pardayeva (Türkmənistan)
Kişilər
60 kq
Balabəy Ağayev – Maksimilian Heyder (Almaniya) / Artyom Lesyuk (Ukrayna) cütünün qalibi
Turan Bayramov – Joau Amaro Martins (Portuqaliya) / Ancelo Pantano (İtaliya) cütünün qalibi
66 kq
Yaşar Nəcəfov – Serdar Rahimov (Türkmənistan) / Yanislav Qerçev (Bolqarıstan) cütünün qalibi
Kamran Süleymanov – Aleksandr Bukur (Portuqaliya)
Yarış yanvarın 28-də başa çatacaq. Azərbaycan Qran-pridə 16 cüdoçu ilə təmsil olunur.
Bizi Facebook-da izləyin