Azərbaycanın 6 cüdoçusu qran-pridə mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha 6 cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən qran-pri turnirində mübarizəyə qoşulacaq.
Komanda.az xəbər verir ki, yarışın ikinci günündə kişilərdən 73 kq-da Vüsal Qələndərzadə və Nurlan Osmanov, 81 kq-da Rüstəm Orucov və Elcan Hacıyev mübarizə aparacaq.
Qadınlar arasında isə 63 kq-da Aytac Qardaşxanlı və 70 kq-da Südabə Ağayeva medal uğrunda güləşəcək.
Görüşlər Bakı vaxtı ilə saat 13:00-da start götürəcək. Yarışın ilk günündə azərbaycanlı cüdoçular medal qazana bilməyiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin