Azərbaycanın 4 cüdoçusu Avropa Kubokunun ilk günündə medal qazanıb

Azərbaycanın 4 cüdoçusu Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında keçirilən Avropa Kubokunun ilk yarış günündə fəxri kürsüyə qalxıblar.

Komanda.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Nihad Məmişov (60 kq) və Əbil Yusubov ( 73 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal medal qazanıblar.

Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medala sahib olub.

2 qızıl, 1 gümüş və 1 bürünc medala malik Azərbaycan ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

Turnirə 26 ölkədən 226 idmançı qatılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button