Azərbaycanın 3 karateçisi Mərakeşə gedir

Mayın 13-də Mərakeşin paytaxtı Rabatda start götürəcək Karate1 Premyer Liqa turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, yarışa 3 idmançı qatılacaq.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska (68 kq) ilə birgə, Əminağa Quliyev və Sultan Hüseynov (hər ikisi 60 kq) mübarizə aparacaq.

Turnirdə 48 ölkədən 238 karateçi qüvvəsini sınayacaq. Yarışın növbəti mərhələsi 2-4 sentyabrda Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button